Son dəqiqə

Tural İsmayılov

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri tarixi bir dövrə təsadüf edir – Tural İsmayılov (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri tarixi bir dövrə təsadüf edir.

Bu sözləri TurkicWorld-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

T.İsmayılov bildirib ki, Cənab Ərdoğanın prezident seçildikdən sonra ilk xarici səfərlərini Şimali Kıbrıs Türk Cumhuriyyətinə və Azərbaycana həyata keçirməsi bütün dünyaya bir mesajdır.

“Bunun dostlarımıza Azərbaycan Türkiyə birliyinə və vəhdətinə bundan sonra yüksələn xətlə inkişaf edəcəyi mesaj veririk. Eyni zamanda bizi istəməyən düşmənlərə də.

Cənab Ərdoğan mesaj verir ki, hər bir dövrdə Türkiyə Azərbaycanın yanında yer almağa davam edəcək”, - deyə o qeyd edib.

Politoloqun sözlərinə görə, bu gün Azərbaycan-Türkiyə əlaqələri o qədər möhtəşəm və yüksək səviyyədədir ki, onu başqa hansısa ölkələrə münasibətləri ilə qarışdırmaq olmaz.

“Azərbaycan və Türkiyənin qarşısında bir çox sahələr üzrə prespektiv əlaqələr məsələsi hələ qarşıda dayanır. İki ölkənin hərbi modelinin bir-birinə daha da inteqrasiya edilməsi yolunda addımlar atılacaq. Eyni zamanda müdafiə sənayesi məhsulları və digər sahələrdə də qarşılıqlı konsolidasiya şəraitində əlaqələrin daha da dərinləşdirilməsi bu gün əsas müzakirə mövzularından biridir”, - deyə o əlavə edib.

Mehriban Xəlilli

@MXalilbekova

Mövzuya görə xəbərlər