Azərbaycan XİN Portuqaliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Portuqaliyanı Milli Günü münasibətilə təbrik edib

Bakı. TurkicWorld:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Portuqaliya xalqını Milli Günü münasibətilə təbrik edib

TurkicWorld-un məlumatına görə, bu barədə Nazirlik öz "Twitter" səhifəsində yazıb.

"Portuqaliya Günü münasibətilə Portuqaliya hökumətinə və xalqına səmimi təbriklərimizi və hərarətli arzularımızı çatdırırıq! Biz ikitərəfli əməkdaşlığımızın daha da dərinləşməsini və inkişafını gözləyirik!", - deyə bildirilib.