Bakı, TurkicWorld
Humanitar məsələlərin siyasiləşdirilməsi Azərbaycana qarşı aparılan yeni siyasət deyil.
TurkicWorld xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, bir tərəfdən siyasi təzyiq elementi kimi istifadə edilməsi cəhdlərinin, ikili standartların şahidi olmuşuq:
"2023-ci ildə Azərbaycan antiterror əməliyyatı keçirildi.
Bundan dərhal sonra əlavə təzyiqlər gördük. Bir neçə ay sonra da Avropa Parlamenyində azərbaycan nümayəndə heyətinin fəaliyyətinə son verildi".
Onun sözlərinə görə, Avropa Parlamenti və digər təsisatlar nə qədər yanlış addım atdıqlarının fərqindədirlər. Ölkəmizlə bu dillə danışmaq olmaz. Biz hər zaman dialoqa hazırıq. Heç bir təzyiq bizə təsir edə bilməz.
"Bu gün Bakıda məhkəmə qarşısında cavab verən David Babayan Qərb paytaxtlqrı tərəfindən həmin ölkələri rahat gəzməsi üçün 10 illik viza verilib. Heç kim tərəfindən tanınmamış bir təsisatın "rəhbər"inə Qərb belə bir səlahiyyət vermişdi. Müraciət edənlər bilir ki, Qərb ölkələrinə visa almaq necə çətindi. Burada qeyri qanuni təsisatın rəhbərinə 10 illik visa verildi", - o vurğulayıb.






