Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan torpaqlarda öz suverenliyimizi tam şəkildə bərpa etmək məcburiyyətindəyik - Azər Həsrət

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan torpaqlarda  öz suverenliyimizi tam şəkildə bərpa etmək məcburiyyətindəyik - Azər Həsrət

Bakı, TurkicWorld:

Ermənistan tərəfi Azərbaycanın şərtlərini qəbul etməyə məcburdur, bu sözləri TurkicWorld-a özəl açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.

“Cənab prezident İlham Əliyev istər 44 günlük müharibəyə qədər, istərsə də ondan sonrakı dövrdə ermənilərə çağırış edib ki, iki ölkə arasındaki məsələlər dinc yolla, masa arxasında həll edilsin. Lakin təəssüflər olsun ki, ermənilər, xüsusilə də işğalçı Ermənistan Azərbaycan Prezidentinin xoş məramını rədd edib. Artıq Azərbaycan dövləti, başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla ermənilərə güc yolu ilə məsələni həll edə biləcəyimizi əməldə də göstərib”, - deyə A.Həsrət qeyd edib.

Siyasi şərhçinin sözlərinə görə, cənab İlham Əliyev Laçın və Kəlbəcərə səfəri zamanı bildirdi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan torpaqlarda da öz suverenliyimizi tam şəkildə bərpa etmək məcburiyyətindəyik.

“44 günlük müharibədə torpaqlarımızı Ermənistanın işğalından məhz güc yolu ilə azad etdiyimiz kimi indi də qalan torpaqlarda suverenliyimizi tam bərpa etmək üçün dövlətin gücündən, imkanlarından istifadə etməyə məcbur qalırıq. Prezident İlham Əliyev axırıncı dəfə ermənilərə xəbərdarlıq etdi ki, Azərbaycan torpaqlarında olduqlarını unutmasınlar. Onlar bunu düzgün dəyərləndirməlidirlər və reallığı qəbul edərək sülh danışıqlarına razılaşmalıdırlar”, - deyə o vurğulayıb.

A.Həsrət onu da bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan artıq açıq şəkildə deyir ki, "Qarabağ Azərbaycan torpağıdır" və belə olan şəraitdə sülh danışıqları da yaxındır.

Ləman Əsədli
Lamanasadli01