Son dəqiqə

Azərbaycan Ermənistan İran Azər Həsrət

İranla Ermənistanı yaxınlaşdıran səbəb hər ikisinin türk və islam düşməni olmasıdır – Azər Həsrət

Bakı, TurkicWorld:

İranla Ermənistanı yaxınlaşdıran səbəb onların hər ikisinin türk və islam düşməni olmasıdır, bu sözləri TurkicWorld-a özəl açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.

“İranın Ermənistanla illərdir bu qədər yaxın münasibətlərinin olması heç də təsadüf deyil. Uzun illərdir müşahidə edirik ki, Azərbaycana müsəlman qardaşım deyən İranın fars-molla rejimi açıq şəkildə Ermənistana və ermənilərə dəstək verir. Əlbəttə ki, bu da onların əsl mahiyyətini ortaya çıxarır, yəni fars-molla rejimi mahiyyət etibarilə üzdə müsəlman görünsə də, əslində, müsəlman və islam düşməni olan idarəçilikdir. Təəssüflə qeyd etmək istərdim ki, İran İslam Respublikası adlı dövlət bizim torpaqlarımızı işğal edən, məscidlərimizi dağıdan, məscidlərimizdə donuz saxlayan ermənilərə bu cür qucaq açır. Bu isə İranın Ermənistanla doğma bacı-qardaş münasibətinin bariz nümunəsidir”, - deyə o əlavə edib.

Siyasi şərhçinin sözlərinə görə, ümumilikdə, Ermənistanla İranın yaxınlıq əlaqələrinin əsas səbəbi Ermənistanın əlavə dəstəyə, xüsusilə də müsəlman ölkələrindən olan dəstəyə ehtiyacının olmasıdır.

“İranın Azərbaycanda casus şəbəkəsinin olması əlbəttə ki, təzə xəbər deyil. İllərdir mən də daxil olmaqla bir çox insanlar həyəcan təbili çalır ki, İran Azərbaycanda özünəməxsus casus şəbəkəsi formalaşdırır. Sadəcə bir şey təəssüf doğurur ki, Azərbaycanda bəzi şəxslər İranın bu siyasətinə aldanır və öz vətəninə xəyanət edir, Azərbaycan Respublikasına arxa çevirir. Əlbəttə ki, dövlətin də müəyyən məsələlərin üstünü açıq-aşkar göstərməsinə əngəllər olduğu üçün bu məsələ ilə intensiv məşğul olunmurdu. Lakin bu o demək deyil ki, baş verənlər dövlətin nəzarətindən kənar, yaxud dövlətdən xəbərsiz baş verib. Dövlət bütün bunları izləyib, məlumat toplayıb və harda kimin nə işlə məşğul olmasından xəbərdar olub”, - deyə A.Həsrət qeyd edib.

O vurğulayıb ki, Azərbaycan Respublikasının müvafiq dövlət qurumları artıq bu şəbəkələrə qarşı genişmiqyaslı hərəkata başlayıb və hüquq-mühafizə orqanları bu şəbəkəyə cəlb olunmuş adamlar bir-bir aşkarlayaraq ədalət məhkəməsinin qarşısına çıxarır.

“Azərbaycan dövləti bir daha göstərdi ki, istər İran, istərsə də digər dövlət bizim ərazimizdə özünəməxsus şəbəkə formalaşdıra bilməz, formalaşdıracağı təqdirdə onunla bağlı Azərbaycan dövləti tədbir görəcək. Sonuncu belə tədbirlərdən biri də hər kəsə bəllidir ki, İran səfirliyinin dörd diplomatının arzuolunmaz şəxs elan edilməsi oldu. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan bu məsələlərdə heç kimə güzəştə getmir, eyni zamanda onun bu cür casus şəbəkələrini aşkarlayan yetərincə təhlükəsizlik və kəşfiyyat xidmətləri var”, - deyə siyasi şərhçi bildirib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər