Ermənistan-Azərbaycan arasındakı münaqişə diplomatik yolla həll olmasa, müharibə qaçılmazdır - Abdullah Ağar (ÖZƏL)

Ermənistan-Azərbaycan arasındakı münaqişə diplomatik yolla həll olmasa, müharibə qaçılmazdır - Abdullah Ağar (ÖZƏL)

Bakı TurkicWorld

Ermənistan-Azərbaycan arasındakı münaqişə diplomatik yolla həll olmasa, müharibə qaçılmazdır.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında terror və təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert Abdullah Ağar deyib.

Onun sözlərinə görə, Azərbaycan heç vaxt öz mövqeyindən əl çəkməyəcək.

“Məsələ Azərbaycan və Ermənistan arasında olan bir mövzu olsaydı və savaşa digər yerlərdən müdaxilə olmasaydı bu iş öz qaydasında həll olunardı. Ermənistan məğlub ölkədir. Azərbaycan bu savaşda qalib gəldi və bundan sonra əsas məsələ Azərbaycanın öz haqq savaşını isbat etməsidir, amma buna mane olurlar. Müharibədən sonra üç mövzunun müəyyənləşdirilməsi lazım idi. Onlardan biri atəşkəsin imzalanması, sərhədlərin müəyyən edilməsi, Zəngəzur dəhlizinin açılması məsələsidir. Amma bunların heç biri həll edilmir. Azərbaycan qarşı-qarşıya qaldığı təhdidlərin, risklərin fərqində olaraq bu işi beynəlxalq hüquq çərçivəsində, diplomatik, siyasi yolla həll etməyə çalışır. Amma heç bir nəticə vermədikdə isə Azərbaycan artıq hərbi tədbirlərə baş vurmaq məcburiyyətində qalır”.
O qeyd edib ki, ABŞ, Fransa, İran və digər ölkələr bu mövzuya qarışıb işi yubadır.

“Məsələn İran İsrail arasındakı gərginliyə Azərbaycanı da qatmaq istəyir. Bunlar çox diqqətlə, yaxşı təhlil edilməli məsələlərdir. Çox mürəkkəb mövzular var ki, onlara qarşı diqqətli olmaq lazımdır”.

Ekspert bildirib ki, Ermənistan əgər sülh istəyən ölkə olsaydı, Azərbaycanın öz torpağı olan Qarabağda rusların arxasında gizlənib, iş çevirməzdi.

“Bunu istəyən dövlət ölkənin demokratik quruluşunu pozmağa çalışmır, Laçın dəhlizini istismar etmir, orada ruslardan istifadə edərək, silah, terrorçu daşımır, bölgədə sərhəd pozuntusu törətmir, terror aktlarında iştirak etmir, Xankəndinə ərazi iddiaları irəli sürmür. Ermənistan gec-tez öz məğlubiyyətini qəbullanıb, sülhə razı olacaq”,- deyə ekspert vurğulayıb.

Mehriban Xəlilli

@MXalilbekova