BAKI,TurkicWorld
Meksika Hərbi Dəniz Qüvvələrinin yaydığı məlumata görə, Isla Mujeres adasından yola çıxan və martın 24-25-də Kubaya çatması gözlənilən teknələrlə əlaqə kəsilib.
TurkicWorld xəbər verir ki, gəmilərdə müxtəlif ölkələrdən ümumilikdə 9 nəfər olub.
Onların arasında 2 qadın, 6 kişi və 3 yaşlı uşaq da var.
Hadisə ilə bağlı Karib dənizi bölgəsində genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı başladılıb. Meksika tərəfi dənizdə insan həyatının qorunması ilə bağlı bütün müvafiq protokolların işə salındığını qeyd edib.
Axtarışlar Isla Mujeres–Havana marşrutu üzrə planlaşdırılan istiqamət, mümkün kurs dəyişiklikləri, hava şəraiti və güclü dəniz axınları nəzərə alınmaqla aparılır.
Eyni zamanda, Karib dənizi və Meksika körfəzində fəaliyyət göstərən ticarət, balıqçılıq və turizm gəmilərinə itkin düşən teknələrin tapılması üçün çağırış edilib.
Qeyd olunur ki, bu təşəbbüs Kubada iqtisadi vəziyyətin pisləşməsi və ABŞ-ın enerji məhdudiyyətləri fonunda humanitar yardım çatdırmaq məqsədi daşıyıb.







