Son dəqiqə

Səudiyyə Ərəbistanı

Həcc ziyarəti üçün qəbul vaxtı uzadıldı - QMİ

Bakı. TurkicWorld:

Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq bu ilki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti tərəfimizdən mart ayının 7-dək uzadılıb.

Bu barədə TurkicWorld-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

"Vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmasınlar, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq", o, bildirib.

Qeyd edək ki, sənəd qəbulu üçün son tarix 2026-cı ilin fevralın 15-i müəyyən edilmişdi. Həcc ziyarətinin qiyməti isə bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.

Mövzuya görə xəbərlər