BAKI, TurkicWorld
Gürcüstan Prezidenti Mixeil Kavelaşviki Epifaniya bayramı münasibətilə 159 məhkumu əfv edib.
TurkicWorld xəbər verir ki, bu barədə məlumatı Prezidentin mətbuat xidməti yayıb.
Bildirilib ki, əfv humanizm və dövlət maraqları prinsiplərinə əsaslanır.
Məlumatda qeyd olunub: “Gürcüstan Prezidentinin Konstitusiya ilə ona verilən müstəsna səlahiyyətlərdən istifadəsi humanizm və dövlət maraqları prinsiplərinə əsaslanır”.







