Son dəqiqə

Papa XIV Leo Ərdoğan: Papa Leo-nun Fələstin mövqeyi yüksək qiymətləndirilir Ankara görüşü: Ərdoğan və Papa Leo Fələstini müzakirə etdi Papa Leo-nun ilk xarici səfəri Türkiyədən başladı Ankara: Papa Leo Ukrayna müharibəsində sülh çağırışını yenilədi

Papa XIV Leo İstanbulda Sultanahmet məscidini ziyarət edib

BAKI, TurkicWorld, Nailə Babazadə

Papa XIV Leo, Türkiyə səfəri çərçivəsində İstanbul’dakı Sultanahmet Məscidini ziyarət edib. Papa XIV Leoya Turizm naziri Mehmet Nuri Ersoy və ziyarət heyəti müşayiət edib.

TurkicWorld xəbər verir ki, ziyarət öncəsi bölgədə geniş təhlükəsizlik tədbirlərinin görüldüyü bildirilib.

Rəsmi ziyarətini Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın dəvəti ilə həyata keçirən Papa XIV Leo, gecəni Şişlidəki Saint Esprit Katedralinde keçirib. Şənbə günü üçün planlanan görüşlərinin ilk məkanı Sultanahmet Məscidi olub.

Bölgədəki təhlükəsizlik tədbirləri artırılarkən, Papa XIV Leoyu Turizm naziri Mehmet Nuri Ersoy və heyət qarşılayıb.

Qeyd edək ki, Papa XIV Leo Türkiyəyə cümə axşamı daxil olub və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşərək regional sülh və dialoq məsələlərini müzakirə edib. O, bazar günü səfərinin ikinci mərhələsi olaraq Livana yola düşəcək. Papa XIV Leo katolik kilsəsi tarixində ilk amerikalı papa kimi tanınır.

Mövzuya görə xəbərlər