BAKI, TurkicWorld
Qüds şəhərində atışma olub.
TurkicWorld bu barədə "Times of Israel"ə istinadən xəbər verir.
Məlumata əsasən, kimliyi açıqlanmaya iki şəxs odlu silahlardan atəş açaraq 15 nəfərin yaralanmasına səbəb olub. Yaralılardan azı 6-nın vəziyyətinin ağır olduğu deyilir.
İlkin məlumata əsasən, hücumu həyata keçirən şəxslər hadisə yerində zərərsizləşdirilib.
İsrail tərəfi Qüdsün girişində yerləşən Ramot yol-ayırıcında baş vermiş bu atışmanı terror hücumu kimi dəyərləndirib.
Bu arada 12-ci kanalın (İsrail) məlumatına əsasən, terrorçular yoldakı avtobuslardan birinə daxil olaraq sərnişinləri atəşə tutmağa başlayıb.







