Rusiya Ukrayna Rusiya XİN Moskva PUA Kiyev PUA hücumu Rusiya Ukrayna müharibəsi

Ukraynanın PUA hücumu: Rusiya 8 dronun vurulduğunu açıqlayıb

BAKI, TurkicWorld , Fərid Mikayılov

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin bu səhər Krıma pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini bildirib.

TurkicWorld xəbər verir ki, səhər saatlarında hava hücumundan müdafiə qüvvələri yarımada üzərində ümumilikdə 8 dronu zərərsizləşdirib.

Nazirlik hücumun qarşısının tam alındığını açıqlayıb.

Eyni zamanda, Rusiya rəsmilərinin bildirdiyinə görə, gecə saatlarında Ukrayna daha genişmiqyaslı PUA hücumları həyata keçirib. Belə ki, Leninqrad, Ryazan, Tula, Volqoqrad, Bryansk, Orlov, Pskov, Belqorod, Kursk, Voronej, Kaluga, Lipetsk, Novqorod, Nijniy Novqorod və Rostov vilayətləri hədəfə alınıb.

Bundan əvvəl, avqustun 25-də axşam saatlarında Ukrayna ordusu Rusiyanın müxtəlif bölgələrinə 37 dronla hücum edib. Həmin hücumlar Bryansk, Rostov, Belqorod, Orlov, Tula, Kaluga və Kursk vilayətlərini əhatə edib.

Mövzuya görə xəbərlər