Son dəqiqə

Yaponiya Cənubi Koreya

Yaponiya müdafiə naziri Hen Nakatani sentyabrda Cənubi Koreyaya səfər etməyi planlaşdırır

BAKI, TurkicWorld

Yaponiya müdafiə naziri Hen Nakatani sentyabrın əvvəlində Cənubi Koreyaya səfər etmək niyyətindədir.

TurkicWorld-in "Yonhap"a istinadən məlumatına görə, bu barədə Nakatani cənubi koreyalı həmkarı An Qyu-bək ilə keçirilən onlayn görüşdə bildirib.

Səfər təsdiqlənərsə, bu, 2015-ci ildən bəri Yaponiya müdafiə nazirinin Cənubi Koreyaya ilk rəsmi ziyarəti olacaq.

Qeyd edək ki, Nakatani ötən ilin dekabrında Seula səfər etməyi planlaşdırsa da, ölkədəki gərginliklər səbəbindən səfər təxirə salınmışdı.

Mövzuya görə xəbərlər