Son dəqiqə

ABŞ Kanada Donald Tramp

Kanada ABŞ ilə ticarət müqaviləsi bağlamağı planlaşdırır - Bu tarixdə

Bakı, TurkicWorld

Kanada hökuməti ABŞ prezidenti Donald Trampın administrasiyası ilə avqustun 1-dək yeni ticarət sazişi imzalamağı planlaşdırır.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kanada hökumətinin idarələrarası əlaqələr üzrə naziri Dominik Leblana açıqlayıb

Onun sözlərinə görə, Ottava Vaşinqtonla sazişi məhz avqustun 1-dək imzalamaq niyyətindədir.

KİV-lər yazır ki, hazırda danışıqlar "intensiv fazaya" keçib. Bununla əlaqədar olaraq, Leblan bu həftə Vaşinqtonda səfərdə olacaq.

Bundan əvvəl Tramp bildirmişdi ki, ABŞ artıq bir çox ölkə ilə yeni ticarət sazişləri imzalayıb, lakin Kanada ilə danışıqlar hələ də davam edir. O, həmçinin istisna etməyib ki, Vaşinqton bu ölkədən idxala rüsum tətbiq etməklə kifayətlənə bilər. Prezident vurğulayıb ki, ABŞ administrasiyasının ümid etdiyi əksər ticarət sazişləri avqustun 1-dək imzalanacaq.

Mövzuya görə xəbərlər