Son dəqiqə

ABŞ

ABŞ-da universitetdə silahlı insident baş verib

BAKI, TurkicWorld

ABŞ-ın Nyu-Meksiko universitetinin tələbə şəhərciyində atışma baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə universitet rəhbərliyi məlumat yayıb.

Məlumata görə, atışma nəticəsində bir nəfər həlak olub, bir nəfər isə yaralanıb.

Bildirilib ki, şübhəli şəxs hələ də azadlıqdadır. Onun kampus ərazisində qaldığı ehtimal olunur. Buna görə də universitet rəhbərliyi tələbələri təhlükəsiz yerə sığınmağa çağırıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Tenessi ştatında məzunların görüşü zamanı silahlı insident baş vermişdi. Nəticədə dörd nəfər xəsarət almışdı.

Mövzuya görə xəbərlər