Son dəqiqə

İran ABŞ Qətər

İranın ABŞ bazasına zərbəsi nəticəsində ölən və yaralanan yoxdur - Qətər MN

BAKI, TurkicWorld

ABŞ-ın Qətərdə yerləşən Əl-Udeyd hərbi bazasına edilən raket hücumu nəticəsində ölən və ya yaralanan olmayıb.

TurkicWorld xəbər verir ki, bu barədə məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, bu gün axşam saatlarında İran ABŞ-ın Qətərdə yerləşən bazalarına qarşı "Qələbə müjdəsi" adlı yeni hərbi əmliyyata başlayıb. İran ABŞ-ın Qətərdəki Əl-Udeid hərbi bazasına altı raket zərbəsi endirib.

Mövzuya görə xəbərlər