BAKI, TurkicWorld
İsrailə qarşı hücumlar yalnız bu ölkə cəzalandırıldıqdan və İrana təzminat ödədikdən sonra dayandırılacaq.
TurkicWorld xəbər verir ki, bu barədə İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının (AMTŞ) yaydığı bəyanatda deyilir.
“Qisas düşmən cəzalandırılmayana və təzminat ödənməyənə qədər davam edəcək” - deyə, bəyanatda qeyd olunub.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.






