BAKI, TurkicWorld
İran Silahlı Qüvvələri İsrail ərazisinə yeni raket hücumu həyata keçirib.
TurkicWorld xəbər verir ki, bu barədə İranın SNN telekanalı məlumat yayıb.
İran rəhbərliyi İsrailin cənubunda yerləşən Dimona nüvə reaktorunu təcili təxliyə etməyə çağırıb. İsrailin paytaxtı Tel-Əvivdə həyəcan siqnalları səsləndirilib. Əhalinin sığınacaqlara yönləndirildiyi qeyd olunur. Hazırda tərəflər arasında gərginlik yüksək həddə çatıb.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.







