Bakı, TurkicWorld
Cənubi Koreyanın cənub-şərqində başlayan meşə yanğınlarında ölənlərin sayının 26-ya yüksəldiyi açıqlanıb.
TurkicWorld AzerVoice - a istinadən xəbər verir ki, Ölkənin cənub-şərqində başlayan meşə yanğınlarında 26 nəfər həyatını itirib. Yanğın nəticəsində Uiseong bölgəsindəki tarixi məbəd məhv olub, qiymətli əşyalar isə müxtəlif bölgələrə aparılıb. Minlərlə personalın iştirakı ilə yanğınlara müdaxilə davam edir.
Yanğınlar nəticəsində 17 min hektar meşə sahəsi külə dönüb, 209 tikili zərər görüb. Yanğınlarla mübarizəyə 5 min ordu personalı və 146 helikopter cəlb edilib. Prezident Han Duk-soo yanğınların qarşısının alınması üçün bütün səylərin göstərilməli olduğunu vurğulayıb və onları “indiyə qədərki ən pis yanğın” adlandırıb.
Digər tərəfdən, Cənubi Koreya Meşə Xidmətindən verilən açıqlamada, Uiseongda meşə yanğınlarına müdaxilə edərkən yanğınsöndürmə vertolyotunun qəzaya uğradığı bildirilib. Dağa çırpıldığı bildirilən helikopterin 73 yaşlı pilotunun hadisə yerində dünyasını dəyişdiyi bildirilib.
Açıqlamada qəzadan sonra bütün yanğınsöndürən helikopterlərin sıradan çıxarıldığı, hadisənin səbəblərinin araşdırıldığı vurğulanıb.
Cənubi Koreyanın aparıcı şirkətləri meşə yanğınlarından zərər çəkmiş ərazinin sakinlərinə ianə edib.
Texnologiya nəhəngi Samsung 2 milyon dollar ianə verdiyini açıqlasa da, Hyundai 1,3 milyon dollardan çox ianə edib.
Qeyd edək ki, Cənubi Koreya hökuməti Ulsan şəhəri, Şimali Gyeongsang və Cənubi Gyeongsang əyalətləri də daxil olmaqla cənub-şərq bölgələrində meşə yanğınları səbəbindən milli fəlakət vəziyyəti elan edib.
Martın 21-də Sancheongda başlayan və Ulsan şəhəri də daxil olmaqla ətraf ərazilərə yayılan yanğınlarda 15 nəfər xəsarət alıb, 3300-dən çox insan təxliyə edilib.
Ölkə daxilində 16 fərqli nöqtədə meşə yanğınları bildirilərkən, minlərlə hektar meşə sahəsinin külə döndüyü bildirilir.
Ədliyyə Nazirliyindən verilən açıqlamada, Cheongsong bölgəsindəki həbsxanada çox sayda məhbusun yanğından təsirlənməyən həbsxanalara təxliyyə edildiyi bildirilib.