Son dəqiqə

Belçika

Martın 31-də Belçika hava limanlarında bütün uçuşlar ləğv edilib.

Bakı, TurkicWorld

Belçikanın Brüssel və Şarlerua hava limanlarında işçilərin tətili səbəbindən martın 31-nə planlaşdırılan bütün reyslər ləğv edilib.

TurkicWorld AzerVoice - a istinadən xəbər verir ki, Brüssel Hava Limanı rəhbərliyi 31 Mart Bazar ertəsi günü ümummilli tətil olacağını və hava limanında çalışan bir çox təhlükəsizlik işçisi və baqaj işçisinin də iştirak edəcəyini açıqladı.

Açıqlamada, tətil səbəbiylə Brüssel Hava Limanında ciddi aksamaların gözlənildiyi və qeyd olunan tarixdə gediş-gəliş sərnişin reyslərinin olmayacağı bildirilib.

Açıqlamada, hava yolu şirkətlərinin zərər çəkmiş sərnişinlərlə əlaqə saxlayacağı və qeyd olunan tarixdə gediş-gəliş uçuşları üçün hava limanına gəlməmələrinin istəndiyi vurğulanıb.

Açıqlamada, gedən sərnişin reysləri ləğv edildiyi üçün gələn reyslərin də ləğv oluna biləcəyi qeyd edilib və bütün sərnişinlərə uçuşların vəziyyətini tez-tez yoxlamaq tövsiyə edilib.

Mövzuya görə xəbərlər