Bakı, TurkicWorld
Almaniya PKK-nın ləğv edilməsini tarixi bir fürsət hesab edir.
TurkicWorld xəbər verir ki, bu haqda Almaniya Xarici İşlər Nazirliyi diqqətçəkən bir açıqlama verib.
Açıqlamada Almaniya Xarici İşlər Nazirliyi bu çağırışı tarixi bir fürsət kimi qiymətləndirərək, zorakılığın sona çatması vacib bir addım olduğunu bildirib.
"Federal hökumət olaraq belə bir prosesi dəstəkləmək üçün əlimizdən gələni etməyə hazırıq",- deyə açıqlmada bildirilib.
Xatırladaq ki, türk, kürd, ərəb və ingilis dillərində yayımlanan çağırışda Öcalan, PKK-nın bütün qruplarına bu gündən etibarən silahları qoymaq əmri verərək tarixi bir açıqlama etmişdi.
Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Parti) heyyəti tərəfindən oxunan mesajda Öcalan, təşkilatın ləvğ olunmasının vacibliyini vurğulayıb.







