Fələstin

Qəzzadakı məhbuslar savaşla yox, danışıqlarla azad ola bilər

Bakı, TurkicWorld

Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani Qəzzadakı məhbusların ailələrinə müharibə yolu ilə deyil, danışıqlar yolu ilə qovuşacaqlarını bəyan edib.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, bunu Əl Tani Britaniyanın Sky News kanalına müsahibəsində deyib.

“Təzyiq lazım olduğu və tətbiq edildiyi anlar oldu” –deyə o bildirib.

Əl Sani Həmas-ın Qətərin paytaxtı Dohada ofisinin olması ilə bağlı tənqidlərə də cavab verərək: “HƏMAS-ın Dohada mövcudluğu tamamilə şəffaf və koordinasiyalıdır. Qəzzaya verilən bütün dəstəklər ABŞ, İsrail və Birləşmiş Millətlər Təşkilatının razılığı ilə verilib”-deyib.

Baş nazir Əl Tani əlavə edib ki, o, yanvarın 20-də Trampın andiçmə mərasimindən əvvəl Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşmasına ümidlidir.

Mövzuya görə xəbərlər