Bakı, TurkicWorld
İsrail ordusu İordan çayının qərb sahilində son 48 saat ərzində keçmiş məhbuslar da daxil olmaqla 35 fələstinlini həbs edib.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı və Fələstin Əsirlər Dərnəyinin Əsirlər və Azad Edilən Nümayəndə heyəti birgə bəyanat yayımlayıb.
Qeyd edilib ki, İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabrdan bəri İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb.
İordan çayının qərb sahili və Şərqi Qüdsdə 7 oktyabr 2023-cü ildən bəri İsrail əsgərləri və İsraillilərin hücumları nəticəsində 691 fələstinli həyatını itirib.
Hafiz Rufizoğlu