Son dəqiqə

İsrail Hizbullah

Beynəlxalq hava yolu şirkətləri İsrailə uçuşları ləğv edib

Bakı, TurkicWorld

10 beynəlxalq hava yolu şirkəti təhlükəsizlik səbəbi ilə İsrailə uçuşları ləğv edib.

TurkicWorld xəbər verir ki, bu barədə İsrailin rəsmi televiziya kanalı KAN məlumat yayıb.

Bildirilib ki, İsraillə Hizbullah arasındakı gərginliyə görə 10 beynəlxalq hava yolu şirkəti İsrailə 52 uçuşu ləğv edib, yüzlərlə uçuş təxirə salınıb.

Xəbərdə İsrailə uçuşları davam etdirən azsaylı xarici şirkətlər arasında yer alan Fransız Hava Yollarının da Tel-Əvivə uçuşlarını ləğv etdiyi qeyd edilib.

Məlumat üçün bildirək ki, iyulun sonundan bəri təxminən 20 beynəlxalq hava yolu şirkəti bölgədə hərtərəfli müharibə ehtimalını əsas gətirərək İsrailə uçuşları ləğv edib.

İsrail ordusu "Hizbullah"ın İsraili hədəf almağı planlaşdırdığını iddia edərək Livana "önləyici hücum" etdiyini açıqlayıb.

Bunun ardınca Hizbullah iyulun 30-da Beyrutda yüksək rütbəli komandirlərindən biri Fuad Şükürün öldürülməsinə görə İsrailə qarşı qisas almağa başladığını açıqlayıb.

Hizbullah cavab hücumunda İsrail ordusunun nöqtələrinin 320 raket və çoxlu sayda pilotsuz uçuş aparatının (PUA) hədəf alındığını bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər