Son dəqiqə

İsrail

İsrailli məhbus işgəncə iddialarını rədd edib

Bakı,TurkicWorld

Keçmiş israilli məhbus Noa Arqamani Qəzza zolağında saxlanılarkən işgəncələrə məruz qalması xəbərlərinin yalan olduğunu və İsrail ordusunun hücumu nəticəsində yaralandığını bildirib.

TurkicWorld xəbər verir ki, Arqamani İsrail mətbuatında işgəncələrə məruz qalması xəbərinə reaksiya verib.

İsrail mətbuatı Arqamaninin Yaponiyanın paytaxtı Tokioda qatıldığı toplantıda dediyi sözləri yalanlayıb və əsir ikən işgəncələrə məruz qaldığını dediyini iddia edib.

Xəbər mətbuatda sürətlə yayıldıqdan sonra Arqamani sosial media hesabından verdiyi açıqlamada bu iddiaları təkzib edib.

Qəzzada əsirlikdə olduğu müddətdə işgəncələrə məruz qalmadığını ifadə edən Arqamani, ” İsrail Hərbi Hava Qüvvələrinin vurduğu binada idim. Bina üstümə çökdüyü üçün bütün bədənimdə yaralar var idi”,- deyə o bildirib.

Mövzuya görə xəbərlər