Bakı, TurkicWorld
ABŞ, İngiltərə, Fransa, Almaniya və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasını və Qəzzada bir an əvvəl atəşkəsin təmin edilməsini istəyib.
TurkicWorld xəbər verir ki, bu barədə ABŞ, İngiltərə, Fransa, Almaniya və İtaliya bəyanat yayımlayıb.
“Prezident Bayden, Misir Prezidenti Sisi və Qətər Əmiri Şeyx Təmimin atəşkəs razılaşmasını mümkün qədər tez başa çatdırmaq üçün danışıqlara bu həftə yenidən başlamaq çağırışını dəstəkləyirik və boş yerə vaxt itirməmək lazımdır.” – deyə bəyanatda qeyd edilib.
Bildirilib ki, bütün tərəflər üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.
Bəyanatda İsrailin İrana qarşı özünümüdafiəsinə hər cür dəstəyin davam edəcəyi qeyd edilib.
Hafiz Rufizoğlu