Son dəqiqə

Pakistan Dünya Bankı

Pakistan Dünya Bankından 8,7 milyard dollar borc alacaq

Bakı, TurkicWorld

İqtisadi böhran içində olan Pakistan administrasiyası Dünya Bankından ümumilikdə 8,7 milyard dollar borc almaq üçün razılığa gəlib.

TurkicWorld xəbər verir ki, Dünya Bankı müxtəlif inkişaf təşəbbüslərini dəstəkləmək üçün növbəti beş il ərzində Pakistana 8,7 milyard dollar kredit ayırmağı öhdəsinə götürüb.

Kreditlər ümumi dəyəri 14,8 milyard dollar olan 58 layihəyə sərf olunacaq. Pakistan indiyədək Dünya Bankından 6,16 milyard dollar alıb. Əlavə 8,7 milyard dollar kredit isə 2029-cu ilə qədər ödəniləcək.

Qeyd edək ki, Pakistan keçən il siyasi xaos, 2022-ci il daşqınları və düzgün olmayan idarəçilik, həmçinin qlobal iqtisadi böhranın təsiri səbəbindən defolt ərəfəsində idi. Müttəfiq dövlətlər və BVF daxil olmaqla bir çox mənbədən alınan kreditlər hesabına müvəqqəti sabitlik təmin edilsə də, ölkədə böhran hələ də davam edir.

Mövzuya görə xəbərlər