Bakı, TurkicWorld
Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya 4,2 milyard avro yardım göndərilməsini təsdiqləyib.
TurkicWorld xəbər verir ki, bu barədə Aİ Şurası açıqlama verib.
Açıqlamaya görə, Aİ-nin fondla Ukraynanın makromaliyyə sabitliyinə və dövlət idarəçiliyinə dəstək verəcəyi bildirilib.
Qeyd edilib ki, Ukrayna maliyyə idarəçiliyi, dövlət müəssisələri, biznes mühiti və enerji kimi sahələrdə fonddan faydalanmaq üçün tələb olunan şərtlərə və islahatlara cavab verib.
Açıqlamada Ukrayna Fondunun martın 1-dən qüvvəyə mindiyi və bu fondun ölkəyə 2024-2027-ci illər üçün qrant və kreditlərdən ibarət 50 milyard avroluq sabit maliyyələşdirməni nəzərdə tutduğu xatırladılıb.
Bildirilib ki, fond çərçivəsində körpü maliyyələşdirmə yolu ilə Ukraynaya 6 milyard avro yardım edilib, 1,89 milyard avro da ilkin maliyyələşdirmə olaraq ölkəyə göndərilib.
Hafiz Rufizoğlu