Bakı, TurkicWorld
Somalinin paytaxtı Moqadişuda bombalı hücum nəticəsində 32 nəfər ölüb, 63 nəfər yaralanıb.
TurkicWorld xəbər verir ki, hücum dünən axşam Moqadişuda ictimai çimərlikdə baş verib.
Hücum edənlərdən üçününün öldürüldüyü, birinin isə saxlanıldığı açıqlanıb.
Yaralılar ətrafdakıların köməkliyi ilə təcili yardım maşınlarına aparılıb.
Qeyd edək ki, hücum “Əş-Şəbab” terror təşkilatı tərəfindən reallaşdırılıb.