Son dəqiqə

Fələstin BMT İsrail Stefan Düjarrik Qəzza zolağı

Lazzarini ilə bağlı səsləndirilən ifadələr qəbuledilməzdir - BMT

Bakı, TurkicWorld

Filip Lazzarini ilə bağlı səsləndirilən ifadələr qəbuledilməzdir.

TurkicWorld xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında deyib.

İsrail Baş Nazirliyinin sözçüsü, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini ilə bağlı səsləndirdiyi “terrorist, yalançı və antisemit" ifadələri ilə bağlı suala Düjarrik bunların qəbuledilməz olduğunu bildirib.

"Sözügedən ifadələr Lazzarinini də təhlükə altına qoyur" – deyə o əlavə edib.

Düjarrik xatırladıb ki, İsrailin iddiaları BMT-nin müxtəlif bölmələri tərəfindən də araşdırılıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər