Son dəqiqə

İsrail Qəzza Microsoft

Microsoft şirkəti Qəzzaya zəng edən fələstinlilərin hesablarını bloklayır

Bakı, TurkicWorld

Xaricdə yaşayan fələstinlilər Microsoft-un xəbərdarlıq etmədən e-poçt və Skype hesablarını bağladığını bildiriblər.

Bakı, TurkicWorld xəbər verir ki, İsrailin hücumuna məruz qalan Qəzzadakı qohumları ilə əlaqə saxlamaq istəyən xarici ölkələrdə yaşayan fələstinlilər Microsoft hesablarından istifadə edə bilmədiklərini deyiblər.

Səudiyyə Ərəbistanında yaşayan Eiad Hametto Böyük Britaniyanın ictimai yayımçısı BBC-yə, “Onlayn həyatımı öldürdülər. Təxminən 20 ilə yaxındır istifadə etdiyim e-poçt hesabımı dayandırdılar. Bütün işlərim bu hesaba bağlı idi”,- deyib.

Hametto Skype əlaqəsi qura bilmədiyi üçün Qəzzadakı ailəsi ilə əlaqə saxlaya bilmədiyini də söyləyib.

İsrailin bombardmanları və quru əməliyyatları səbəbindən Qəzza zolağında internet tez-tez kəsilir. Standart beynəlxalq zənglər də çox bahadır.

Ödənişli Skype abunəlikləri vasitəsilə hətta internet kəsilmiş olsa belə, Qəzzada insanlara ucuz qiymətə zəng etmək mümkündür. Buna görə də proqram bir çox fələstinlilər üçün ciddi ehtiyac halına gəldi.

BBC-nin danışdığı xaricdə yaşayan bəzi fələstinlilər hesablarının HƏMAS ilə əlaqəsi olduğundan şübhələndikləri üçün bağlandığını iddia ediblər.

HƏMAS ilə heç bir əlaqəsi olmadığını bildirən Hametto, “Biz sadəcə ailələrimizlə əlaqə saxlamaq istəyirik. Siyasi keçmişimiz yoxdur” deyib.

Texnologiya milyarderi Bill Qeytsin firması hesabların Həmas ilə şübhəli əlaqələrə görə bağlanıb-bağlanmaması ilə haqqında suala birbaşa cavab verməyib.

Bir Microsoft nümayəndəsi “Skype hesablarının bloklanması şübhəli dələduzluq fəaliyyətinə cavab olaraq baş verə bilər” deyə bildirib.

ABŞ-da yaşayan Fələstin vətəndaşı Salah Elsadi bildirib ki, aprel ayından Skype-a girişi bloklanıb və Hotmail elektron poçt ünvanı ilə əlaqəli bütün hesablarım bağlanıb.

Dəfələrlə Microsoft-a şikayət etdiyini, lakin cavab almadığını bildirən Elsadi, “Mən 15 ildir bu Hotmail hesabından istifadə edirəm. Şərtlərini pozduğumu deyərək, heç bir səbəb olmadan hesabımı blokladılar. Bunlar hansı şərtlərdir, deyin bilək? Təxminən 50 anket doldurdum və onlara dəfələrlə zəng etdim.”

Başqa bir fələstinli Xalid Obaied dedi ki, o, artıq Microsoft-a etibar etmir, “Telefon zəngləri etmək üçün bir paket aldım. 10 gündən sonra heç bir səbəb göstərilmədən hesabımı blokladılar. Bu, sadəcə olaraq, Qəzzaya zəng edən bir fələstinli olduğum üçün başıma gəldiyini göstərir.”- deyə o əlavə edib.

Mövzuya görə xəbərlər