Bakı, TurkicWorld
İin əvvəlində edilən anlaşmaya əsasən Mərakeş İsraillə kəşfiyyat peyki almaq üçün 1 milyard dollarlıq müqavilə bağlayıb.
TurkicWorld-un məlumatına görə, Mərakeş mediasının çərşənbə günü verdiyi xəbərdə, istehsalı İsrailin “Israeli Aerospace Industries” (IAI) hərbi sənaye konserni tərəfindən həyata keçiriləcək yeni cihazın beş ildən sonra ölkəyə təhvil verilməsi planlaşdırılır.
Mərakeş xəbər saytları, Rabatdakı İsrail mənbələrinə istinadən, müqavilənin Ofek 13 kəşfiyyat peykinin tədarükü ilə bağlı olduğunu açıqlanıb. Bu peyk, Mərakeşin müşahidə imkanlarını artırmaqla Airbus və Thales-dən 2017-2018-ci illərdə orbitə buraxılan "Mohammed VI-A" və "Mohammed VI-B" peyklərini əvəz edəcəyi gözlənilir. Qeyd edilib ki, onların xidmət müddəti yaxın bir neçə ildə başa çatacaq.
Bu satınalma, iki tərəf arasında kəşfiyyat məlumatlarının mübadiləsini, həmçinin hərbi sənaye və satınalma sahələrində əməkdaşlığı əhatə edən normallaşdırma sazişinin imzalanmasından sonra 2021-ci ildə İsrail və Mərakeş tərəfindən əldə edilmiş təhlükəsizlik paktının davamıdır.
Qeyd edək ki, bu haqda ilin əvvəlində Fransa mətbuatı məlumat vermişdi. Məlumatda Mərakeşin 2023-cü ilin dekabrında İsrail şirkəti ilə ölkənin yeni müşahidə peykinin yaradılması ilə bağlı müqavilə imzaladığı deyilirdi.
Onu da əlavə edək ki, IAI İsrail hökumətinə məxsus olan və ən qabaqcıl pilotsuz təyyarələri və raketdən müdafiə sistemlərinin istehsalı ilə bilinən şirkətdir.