Son dəqiqə

BMT İran İbrahim Rəisi

Rəisinin vəfatı BMT-nin nüvə proqramı ilə danışıqları təxirə salıb

Bakı. TurkicWorld:

İran prezidentinin və xarici işlər nazirinin helikopter qəzasında həlak olması BMT-nin nüvə nəzarəti qurumunun agentliklə əməkdaşlığın yaxşılaşdırılmasına dair Tehranla danışıqlarında fasiləyə səbəb olub.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossis deyib.

O qeyd edib ki, MAQATE İranla texniki müzakirələri davam etdirməyi planlaşdırır, lakin ötən həftə sonu prezident İbrahim Rəisi və xarici işlər nazirinin həlak olması ilə nəticələnən vertolyot qəzası səbəbindən müzakirələr hələ baş tutmayıb.

Qrossinin sözlərinə görə, hazırda İranda 60 faizədək zənginləşdirilmiş 140 kq-a yaxın uran var.

Məlumat üçün bildirək ki, MAQATE-nin fevral ayındaki son rüblük hesabatında İranın 121,5 kq-a sahib olduğu bildirilir ki, bu da iki nüvə bomba üçün kifayətdir.

Qeyd edək ki, MAQATE İranda bir sıra problemlərlə üzləşir. MAQATE İranın uranın zənginləşdirilməsi proqramı irəliləməkdə davam edərkən, İranın atom fəaliyyətlərinə nəzarəti genişləndirməyə çalışır. İran uranı 60 faiz saflığa qədər zənginləşdirib.

Mövzuya görə xəbərlər