Son dəqiqə

Braziliya

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 50-ni ötüb

Bakı. TurkicWorld:

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 50-ni ötüb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Braziliyanın cənubundakı Rio Grande do Sul əyalətində həftə başından bəri təsirli olan yağışlar can və mal itkilərinin artmasına səbəb olub.

Dövlət Mülki Müdafiəsi tərəfindən verilən açıqlamada ölənlərin sayının 56-ya, itkin düşənlərin sayının isə 67-yə yüksəldiyi bildirilib.

Açıqlamada 74 yaralının xəstəxanalara aparıldığı, axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi bildirilib.

Yerli KİV-in məlumatına görə, daşqınlardan 377 min 497 nəfər təsirlənib və 281 şəhərdə ciddi dağıntılar baş verib.

Xatırladaq ki, Rio Grande do Sul qubernatoru Eduardo Leite faciənin böyüklüyünə görə 180 gün ərzində "fəlakət vəziyyəti" elan etdiklərini və insanların fəlakət bölgəsindən çıxarılması üçün ciddi səy göstərdiklərini bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər