Son dəqiqə

Tailand

Tailand XİN rəhbəri istefa verib

Bakı. TurkicWorld:

Tailandın baş nazirinin müavini və xarici işlər naziri Parnpree Bahiddha-Nukara hökumətin kabinet dəyişikliyini elan etməsindən sonra istefa verib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Tailand baş naziri Srettha Thavisi kabinetdə dəyişiklik etdiyini açıqlanıb.

Nazirlər Kabinetində dəyişikliklər siyahısına əsasən, Parnpree baş nazirin müavini vəzifəsindən uzaqlaşdırılıb.

Dəyişiklikdən sonra Parnpree məktubunu Baş nazir Sretthaya çatdıraraq, bu gündən etibarən Xarici İşlər Nazirliyindən və təyin olunduğu digər vəzifələrdən istefa verdiyini bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər