Qəzza əhalisi artan epidemiya riski ilə üz-üzədir - BMT

Qəzza əhalisi artan epidemiya riski ilə üz-üzədir - BMT

Bakı. TurkicWorld:

İsrailin yardımların daxil olmasına mane olduğu Qəzzada fələstinlilər artan epidemiya riski ilə üz-üzədir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) açıqlayıb.

"1,5 milyon insanın sığındığı Rəfah şəhərində müvəqqəti sığınacaqlar arasında zibillər yığılıb. Epidemik xəstəliklərin yayılma riski yüksəkdir, həmçinin, Hepatit A virusuna yoluxmalarda artım müşahidə olunur", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01