Netanyahunun həftə sonu bunkerdə keçib

Netanyahunun həftə sonu bunkerdə keçib

Bakı, TurkicWorld

“İsraildə Keyfiyyətli Hökumət Hərəkatı” İsrailin Baş naziri Benyamin Netanyahunun həftəsonu Qüdsdəki amerikalı milyarder Simon Falikin evində qalmasının qadağan olunmuş hədiyyə kimi qiymətləndirilə biləcəyini bildirib və hərəkat ölkənin hüquq orqanlarını məsələni araşdırmağa çağırıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, İsraildə bir xaricinin evində qalan Baş nazirin Netanyahunun hərəkətləri dövlət işçilərinin hədiyyə qəbul etməsinə qoyulan qadağanı pozmuş ola bilər.

Nəzarət qrupunun bəyanatında deyilir ki, on minlərlə vətəndaşının məcburi köçkün düşdüyü müharibə zamanı “İsrail Dövlətinin Baş nazirinin xarici rezidentin şəxsi evində yaşaması yaraşmaz”

Netanyahu həftəsonunu amerikalı milyarder Saymon Falikə məxsus Qüdsdəki Kaspi küçəsində nüvə bunkerinin olduğu deyilən dəbdəbəli qapalı malikanəsində keçirib.