İsrailin baş naziri Binyamin Netanyahu Tehranı üstüörtülü hədələyib

İsrailin baş naziri Binyamin Netanyahu Tehranı üstüörtülü hədələyib

Bakı,TurkicWorld

İsrailin baş naziri Binyamin Netanyahu Tehranı üstüörtülü hədələyib.

TurkicWorld xəbər verir ki, İsrail baş nazirliyindən verilən açıqlamaya görə, baş nazir Netanyahu ölkədəki Tel Nof Hava Bazasını ziyarət edərək, İranın mümkün hücumu ilə bağlı qiymətləndirmələr aparıb.

“Kim bizə zərər versə, biz də ona zərər verəcəyik. Ölkəmiz müdafiə və hücum baxımından bütün təhlükəsizlik ehtiyaclarını qarşılayacaq vəziyyətdədir”-deyə Netanyahu vurğulayıb.

Nazir, İsrailin çətin bir dövrdən keçdiyini və Qəzzada hücumları bütün sürəti ilə davam etdirəcəklərini bildirib.

Qeyd edək ki, İsrailin F-35 təyyarələri İranın Suriyadakı konsulluğunu altı raketlə vurub. İranın paytaxt Dəməşqdəki səfirliyinin binasında yerləşən diplomatik nümayəndəlikdə olan yeddi nəfər həlak olub.

Ölənlər arasında İran İnqilabı Keşikçiləri Korpusunun iki yüksək rütbəli komandiri də var.