Netanyahu getməlidir - Klinton

Netanyahu getməlidir - Klinton

Bakı. TurkicWorld:

Etibarlı lider olmayan İsrailin baş naziri Benyamin Netanyahu vəzifədən getməlidir.

TurkicWorld-un məlumatına görə, bu sözləri ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton deyib.

"Netanyahu getməlidir, əgər atəşkəsə mane olacaqsa, İsrailin (Qəzzəyə hücumlarından sonra) nə edəcəyini qərara almasına mane olacaqsa, mütləq getməlidir. O, etibarlı lider deyil",- deyə o bildirib.

Klinton vurğulayıb ki, İsrail ordusunun Qəzzanın cənubundakı və çoxlu köçkün fələstinlinin sığındığı Rəfah şəhərinə hücumlarını genişləndirmək planı "dəhşətli"dir. Atəşkəs istəyirik.

Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 27 min 840 nəfərə çatıb.

Aytac Süleymanova

Twitter: a_alieva_