Netanyahu hərbi cinayətlərinə görə qanun qarşısında cavab verəcək - Ömər Çelik

Netanyahu hərbi cinayətlərinə görə qanun qarşısında cavab verəcək - Ömər Çelik

Bakı. TurkicWorld:

İsrailin baş naziri Netanyahu bəşəriyyətə qarşı hərbi cinayətləri və fələstinlilərə qarşı soyqırım cəhdinə görə qanun qarşısında cavab verəcək.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və partiya sözçüsü Ömər Çelik bildirib.

"Netanyahu rəhbərliyi fələstinli mülki vətəndaşları bombalayır, onlara öz torpaqlarından köçməli olduqlarını söyləyir, bu insanları köç edərkən bombalayır, hətta insanların sığındığı xəstəxanaları bombalayır. Prezident Rəcəb Tayyib Ərdoğan, insani dəyərlər naminə bütün dünyaya müraciət etdiyi halda, Netanyahu insanlığa düşmən olan hər cür hərəkəti əks etdirir. Fələstinli qardaşlarımızın qanuni hüquqlarına çatması üçün mübarizəmizi davam etdirəcəyik",- deyə Ömər Çelik bildirib.

Ömər Çelik vurğulayıb ki, Türkiyənin terrorla mübarizəsi, beynəlxalq hüququn bütün qaydalarına tam uyğun aparılan mübarizədir.

Aytac Süleymanova

Twitter: a_alieva_