İsrail ordusu Qəzzada UNİCEF avtomobilini hədəf alıb

İsrail ordusu Qəzzada UNİCEF avtomobilini hədəf alıb

Bakı. TurkicWorld:

İsrail ordusu Qəzzada UNİCEF avtomobilini hədəf alıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) açıqlama verib.

“Dünən Qəzzanın şimalına girməyi gözləyən UNICEF avtomobilinə güllələnib. Hadisə barədə İsrail rəsmilərinə məlumat verilib” – deyə açıqlamada qeyd edilib.

Açıqlamada, humanitar yardım işçilərinin həyati xilasedici yardım göstərərkən təhlükələrə məruz qalmağa davam etdiyi bildirilib.

“Humanitar yardım işçiləri beynəlxalq humanitar hüquq normalarına uyğun qorunmasa, humanitar yardımın ehtiyacı olanlara çatması mümkün deyil“ – deyə UNİCEF bildirib.

Qeyd edək ki, UNICEF-in açıqlamasında hücumda hər hansı itki olub-olmaması ilə bağlı məlumat verilməyib.

Hafiz Rufizoğlu