Pakistanda baş verən qarşıdurmada altı təhlükəsizlik işçisi həyatını itirib

Pakistanda baş verən qarşıdurmada altı təhlükəsizlik işçisi həyatını itirib

Bakı. TurkicWorld:

Pakistanda baş verən qarşıdurmada altı təhlükəsizlik işçisi həyatını itirib.

TurkicWorld xəbər verir ki, bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Birliyinin (ISPR) verdiyi bəyanatda qeyd edilib.

Pakistanın Hayber Paxtunxva və Bəlucistan əyalətlərində baş verən qarşıdurmada altı təhlükəsizlik əməkdaşı həyatını itirib, 12 silahlı şəxs isə zərərsizləşdirilib.

Bildirilib ki, dünən keçirilən əməliyyat zamanı təhlükəsizlik qüvvələri ilə silahlı qarşıdurmada 8 silahlı şəxs öldürülüb.

Bəyanatda qeyd edilib ki, təhlükəsizlik qüvvələri Şimali Vəziristan və Bəlucistan əyalətinin Pəncqur bölgəsində keçirilən əməliyyatlar zamanı dörd silahlı şəxsi zərərsizləşdirib.

Baş nazir Şahbaz Şərif açıqlamasında polis məmurlarına edilən hücumları pisləyib.

Hafiz Rufizoğlu