Son dəqiqə

Fələstin Belçika

Belçika Fələstin dövlətini tanımalıdır - Petra De Sutter

Bakı. TurkicWorld:

Belçika Fələstin dövlətini tanımalıdır.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Belçika baş nazirinin müavini Petra De Sutter deyib.

De Sutter İspaniyanın yaydan əvvəl Fələstin dövlətini tanımağı planlaşdırdığını xatırladıb və ölkəsinin də eyni addımı atması lazım olduğunu bəyan edib.

“Biz müstəqil Fələstin dövlətini və onun Birləşmiş Millətlər Təşkilatına üzv olmaq üçün yeni cəhdini rəsmən tanımalıyıq” – deyə o qeyd edib.

De Sutter, Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququndan istifadə etməli olduğunu vurğulayıb.

Xatırladaq ki, İspaniya, İrlandiya, Malta və Sloveniya martın 22-də “düzgün şərtlər” yerinə yetirildikdə Fələstin dövlətini tanımağa hazır olduqlarını bəyan ediblər.

İspaniyanın baş naziri Pedro Sançes də dünən yaydan əvvəl Fələstin dövlətini tanıyacaqlarını açıqlayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər