Fələstin BMT-yə tam üzv olmaq üçün yenidən müraciət edib

Fələstin BMT-yə tam üzv olmaq üçün yenidən müraciət edib

Bakı. TurkicWorld:

Fələstinin BMT-dəki Daimi Müşahidəçisi Riyad Mənsur Fələstinin BMT-yə tamhüquqlu üzvlüyü ilə bağlı yeni məktub göndərib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, buu barədə Fələstin dövlətinin rəsmi X sosial media hesabında paylaşım edilib.

“Bu gün Fələstin Dövləti Fələstin rəhbərliyinin göstərişi ilə BMT baş katibi Antonio Quterreşə üzvlük ərizəsinə yenidən baxılmasını tələb edən məktub göndərib”, - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, Fələstinin BMT-dəki Daimi Müşahidəçisi Riyad Mənsur Təhlükəsizlik Şurasına tam üzvlüklə bağlı çıxışında BMT Təhlükəsizlik Şurasının 26 iyul 2022-ci il tarixində qəbul etdiyi 2334 saylı qətnamə ilə Fələstinin ərazi bütövlüyünün BMT tərəfindən tanındığını xatırladıb və və müvafiq olaraq tam üzvlük statusunun təsdiqini tələb edib.

Qərar İsrailin 1967-ci ildən bəri işğal etdiyi Fələstin ərazilərində, o cümlədən Şərqi Qüdsdə yaşayış məntəqələri yaratmasının qeyri-qanuni olduğu təsdiqləyib və İsraili işğal etdiyi Fələstin ərazilərində bütün məskunlaşma fəaliyyətlərini dərhal dayandırmağa çağırıb.

Məlumat üçün bildirək ki, BMT-nin üzvü olmayan Fələstin 193 üzvlü təşkilatda “üzv olmayan müşahidəçi dövlət” statusuna malikdir.

2012-ci ildə BMT Baş Assambleyası Fələstinin statusunu “müşahidəçi təşkilat”dan “üzv olmayan müşahidəçi dövlət”ə yüksəldib.

Fələstinin BMT-yə tamhüquqlu üzv olması üçün BMT Təhlükəsizlik Şurasının təsdiqi tələb olunur, daha sonra BMT Baş Assambleyasında səsvermə keçirilməlidir.

Fələstin 2011-ci ildə BMT-yə tam üzv olmaq üçün müraciət etmiş, lakin bu müraciət BMT Təhlükəsizlik Şurasında lazımi dəstəyi almamışdı.

X: Lamanasadli01