Son dəqiqə

Latviya

Latviyanın xarici işlər naziri istefa verib

Bakı. TurkicWorld:

Latviyanın xarici işlər naziri Krişyanis Karinş istefa verib.

TurkicWorld xəbər verir ki, bu barədə Latviya KİV məlumat yayıb.

Karinşin nazir postunu aprelin 10-da tərk edəcəyi, növbəti gün isə Latviya Seyminin yeni nazir üçün səsvermə keçirəcəyi qeyd olunub.

Qeyd edək ki, ötən həftə Latviya Baş Prokurorluğu Karinşin nazirlik müddətində ezamiyyətlər üçün xüsusi reyslərdən istifadə etməsi ilə əlaqədar olaraq, dövlət vəsaitinin israf edilməsi ilə bağlı cinayət işi açıb.

Bildirilib ki, 2021-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayına qədər Latviyanın dövlət büdcəsindən bu cür reyslər üçün 613 min avrodan çox vəsait xərclənib

Mövzuya görə xəbərlər