Rusiya Ukraynadakı müsəlman hərbi məhbusları dəyişməkdən imtina edib

Rusiya Ukraynadakı müsəlman hərbi məhbusları dəyişməkdən imtina edib

Bakı. TurkicWorld:

Rusiya Ukraynadakı müsəlman hərbi məhbusları dəyişməkdən imtina edib.

TurkicWorld xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib.

Kəşfiyyat idarəsinin “Mən yaşamaq istəyirəm” layihəsi Ukrayna tərəfinin heç bir şərt olmadan Rusiyaya qayıtmağı təklif etdiyi 125 rusiyalı müsəlman hərbi əsirlərin siyahısını dərc edib.

Rusiya tərəfinin Ramazan bayramı ərəfəsində əsir götürməkdən imtina etdiyi iddia edilib.

“Ukrayna İslam mədəniyyətinə və ənənələrinə hörmət əlaməti olaraq Rusiya tərəfinə hətta mübadilə deyil, müsəlman hərbi əsirlərin təhvil verilməsini təklif etdi. Lakin bu təklif qarşı tərəfdən rədd edildi.”, - deyə məlumatda deyilib.

Hafiz Rufizoğlu