Pakistanda bombalı hücum baş verib

Pakistanda bombalı hücum baş verib

Bakı. TurkicWorld:

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində bombalı hücum baş verib.

TurkicWorld-un məlumatına görə, hücum zamanı iki nəfər ölüb.

Pakistan rəsmiləri hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildiriblər.

Polis rəsmisi Kaşif Abbasi bildirib ki, ilkin araşdırmalar nəticəsində hadisənin partlayıcılarla dolu motosikletlə törədildiyi təxmin edilir.

Hafiz Rufizoğlu