Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı Cənubi Afrika Respublikası

İsrail bütün dünya üçün təhlükə yaradır - CAR

Bakı. TurkicWorld:

İsrail bütün dünya üçün təhlükə yaradır.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandor deyib.

Pandor, İsrailin Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) soyqırımına görə cavabdeh olduğu məhkəmə prosesindən sonra bəzi amerikalı siyasətçilərin ölkəsinə qarşı son dərəcə mənfi mövqe tutduğunu qeyd edib.

Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 70 mindən çox adam isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər