Dubay səhrada dünyanın ən böyük hava limanını tikməyə hazırlaşır

Dubay səhrada dünyanın ən böyük hava limanını tikməyə hazırlaşır

Bakı. TurkicWorld:

Dubay cənubunda yerləşən 145 kvadrat kilometrlik səhrada dünyanın ən böyük hava limanını tikməyə hazırlaşır.

TurkicWorld xəbər verir ki, bu barədə Dubay Hava Limanlarının baş direktoru Paul Griffiths açıqlayıb.

"Bəzi hissələri artıq formalaşmağa başlayan bu yeni ərazidə hər biri müəyyən bir sənaye və ya fəaliyyətə ayrılmış səkkiz məhəllə, həmçinin yaşayış və ticarət sahələrinin qarışığı olacaq. Dubayın inkişaf edən aviasiya və aerokosmik sənaye ekosisteminə ev sahibliyi edəcək Məhəmməd bin Rəşid (MBR) Aerokosmik Qovşağı, bu yaxınlarda elan edilmiş 950 milyon ABŞ dolları dəyərində Emirates mühəndislik mərkəzi də daxil olmaqla, burada çox mühüm rol oynayacaq.", - deyə o əalvə edib.

Griffiths onu da vurğulayıb ki, terminalları olan bir hava limanının tikintisi deyil, onlar üçün biznes modeli planlaşdırılır.

X: Lamanasadli01