Bakı. TurkicWorld:
Rəfahda hər hansı hərbi əməliyyat Misirin milli təhlükəsizliyinə birbaşa təhlükə yaradır.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bunu Misir Xarici işlər naziri Sameh Şukri deyib.
O qeyd edib ki, Rəfahda hər hansı hərbi əməliyyat ciddi əks-səda doğuracağ və bölgəni daha da gərginləşməyə ehtiyac yoxdur.
Şukri, Qəzzada dinc sakinlər üçün ağır nəticələrə yol verməmək və hərbi eskalasiyanı dayandırmağa çalışmağın vacibliyini vurğulayıb.
Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 985 nəfərə çatıb.
Hafiz Rufizoğlu